Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata müsahibəsi zamanı bildirib ki, "Paytaxtda koronavirus infeksiyasının qarşısının alınması və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçiriləməsi üçün yol polisi nəqliyyat vasitələri sahibləri ilə profilaktik tədbirlər həyata keçirir. O həmçinin qeyd edib ki, profilaktik tədbirlərin keçirilməsində əsas məqsəd, koronavirus infeksiyası ilə bağlı sürücüləri məlumatlandırmaqdır.
"Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Tədbirlərin geniş miqyasda həyata keçirilməsi üçün yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında marifləndirmə işləri aparsınlar. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasınlar. Onlar "Evdə qal" kompaniyasına əməl etsinlər və həmrəylik nümayiş etdirsinlər".

Kriteri.az

Daxil olundu: 29.03.2020 » Oxundu: 844
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!