Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3 064-dür.

Daxil olundu: 06.11.2020 » Oxundu: 596
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!