Sərxan Ağabalayev İsmayıllı 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə bu ilin əvvəllərində təyin edilib. O, 9 noyabr 1994-cü ildə Xaçmaz rayonunda anadan olub. Orta məktəbi də məhz doğulduğu rayonda başa vurub. Ali təhsilini bitirdikdən sonra isə əmək fəaliyyətinə başlayıb. Quba 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2026-cı ildən İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinə rəhbərlik edir. Mərkəzdə əsasən peşəkar və təcrübəli mütəxəssislər çalışır.  İsmayıllı meşəsi növ tərkibinə görə çox zəngindir. Mərkəzin xidməti ərazisi Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarını əhatə edir. Ərazidə bütün meşə ağacları vardır. Burada daha çox rast gəlinən fıstıq, vələs, palıd ağacları isə Azərbaycanın "Qırmızı kitab"ına düşmüş ağac növlərindəndir. İsmayıllı meşələri haqqında ətraflı məlumt verən Sərxan müəllim deyir:  "Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Qanıx, Alazan, Əyriçay vadisində  yerləşən, füsunkar təbiətə malik dağ kurort mərkəzi, qarlı dağları, əsrarəngiz meşələri, zəngin florası və faunası ilə məşhur olan İsmayıllı ölkəmizin ən gözəl guşələrindən biridir. Azərbaycanda mövcud olan 9 iqlim qurşağından 3-ü məhz İsmayıllıya aiddir. İsmayıllı meşə təsərrüfatı xidmətləri və ərazidəki ekoloji məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən idarə olunur. Mərkəz İsmayıllı rayonunun Xanagah kəndində yerləşir və İsmayıllı ilə bərabər ətraf rayonları da əhatə edir. Meşələr əsasən vələs, fıstıq,  palıd və digər ağaclardan ibarətdir. Burada vaxtaşırı ümumrespublika təmizlik aksiyası keçirilir. Rayon İcra hakimiyyətinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin və digər aidiyyəti təşkilatların nümayəndələrinin iştirak etdiyi bu tədbirlərin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ic\timaiyyətlə əməkdaşlığı gücləndirməkdir. İsmayıllının florası zəngin və çoxşaxəlidir, həmçinin ərazi meşə, subalp və alp çəmənlik qurşaqlarına uyğun olaraq fərqlənir. Rayonda meşələr üstünlük təşkil edir. Meşə massivinin əsas hissəsini Şərq fıstığı, Qafqaz vələsi, Şərq palıdı, adi qoz ağacı, Ağcaqayın, cökə, göyrüş və s.; yüksək dağlıq ərazilərdə isə Sosnovski şamı, tozağacı; aşağı və orta dağ qurşaqlarında yemişan, itburnu, zoğal və digər kol bitkiləri təşkil edir. Ərazidə nadir endemik bitki növlərinə, həmçinin müxtəlif dərman bitkilərinə də rast gəlmək olar. Bütün bunlar isə İsmayıllı meşə ərazisinin flora zənginliyini, müxtəlifliyini təsdiq edən ən əsas amildir."

Gülağa CƏFƏROV,

keçmiş SSRİ və Azərbaycan

Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 21.07.2026 » Oxundu: 154
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!