Bu gün keçirilən Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışında deyib ki, "ölkədə təbii artım ilbəil çoxalsa da, demoqrafik tənzimləmə baxımından son illər doğuşda ciddi azalma müşahidə olunur. Komitə sədri həmçinin onu da qeyd edib ki, əgər 2011-ci ildə 176 min 72 uşaq dünyaya gəlmişdisə, 2017-ci ildə bu rəqəm 144 min 41 olub: Bu ilin 9 ayının göstəricisi də xoşagələn deyil. Burada 103 min rəqəmi bizi düşündürür".

Kriteri.az

Daxil olundu: 14.11.2018 » Oxundu: 1114
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!