Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəb, Bandırma Akşemsettin Mesleki Teknik Anadolu Liseyi, Enerjisa Fen Liseyi, Susurluk Anadolu İmam Hatip Liseyi, Necip Fazıl Kısakürek Orta məktəbi, Mersin Tevfik Sırrı Gür Anadolu Liseyi, Adana Hacı Ahmet Atıl Anadolu Liseyinin Müəllim və şagirdlərinin birgə həyata keçirdiləri “Qurğumu- Gerçəkmi” layihəsi uğurla həyata keçirilir.
Şamaxı rayon Sabir qəsəbə A.Alxanov adına tam orta məktəbin direktoru Gülnurə Babaşovanın, tarix müəllimi Lətafət Vəliyevanın və şagirdlərinin Türkiyə məktəbləri müəllim və şagirdləri ilə ortaq fəaliyyət göstərdikləri layihə tarixdəki hadisələrin cəmiyyətə, xüsusən media vasitəsi ilə nə dərəcədə çatdırıldığı şagirdlərimiz arasında müzakirə olunur. Bu layihə ilə şagirdlərimizdə dəqiq və obyektiv tarixi şüur yaratmaq, eyni zamanda layihə əsaslı iş və şagirdlərimiz arasında əməkdaşlığı inkişaf etdirmək istənilir. Təhsil və təlim fəaliyyətinin keyfiyyətini artırmaq üçün bu cür E-Tvinninq fəaliyyətləri məktəblərimizə çox əhəmiyyətli töhfələr verir.
Bu layihə şagirdlər üçün yeni öyrənmə imkanları təqdim etdi. Şagirdlər dərsə daha çox həvəsli oldular. Digər məktəblərdən və ya ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət quraraq fərqli mədəniyyətləri tanıdılar. Veb texnologiyalarının təhsil məqsədləri üçün də istifadə oluna biləcəyini anladılar.
Fikir mübadiləsi aparıb yeni bilik və bacarıqlar əldə edilən layihədə həm tarixi arşdırmalar olunub, həm də tarixi filmlərə baxılıb. Filimlərin nə qədər qurğu, yoxsa gerçək olduğu muqayisə edilib, müzakirələr aparılıb. Şamaxı rayon Sabir qəsəbə A.Alxanov müəllim və şagirdləri internet üzərindən layihənin digər ortaqları olan Türkiyə məktəbləri müəllim və şagirdləri ilə əməkdaşlıq ediblər

Kriteri.az

Daxil olundu: 17.06.2021 » Oxundu: 940
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!