Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş Minskdəki Müstəqillik sarayında keçirilir.

Virtualaz.org “BELTA”ya istinadən xəbər verir ki, prezidentlərin görüşündə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

Qeyd edək ki, İlham Əliyev rəsmi görüşlərə başlayana qədər Minskdəki Qələbə abidəsini, eləcə də keçən ilin mayında açılan Azərbaycan Ticarət Evini ziyarət edib.

Daxil olundu: 19.11.2018 » Oxundu: 1511
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!