Salyan Rayon Yuxarı Xalac 2 və Kərimbəyli tam orta məktəbinin IX, X, XI sinif şagirdləri ADA Universitetində olublar. 22 aprel 2019-cu ildə Yuxarı Xalac 2 məktəbinin direktoru Rəşad Fəxrəddin oğlu Zeynalov və Kərimbəyli məktəbinin direktoru Ramil Saməddin oğlu Zeynalov məktəblilərlə Şəhidlər xiyabanını və Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuşlar.
Ziyarətdən sonra məktəblilər ADA Universitetində onlar üçün təşkil olunmuş İT seminarında iştirak etmişlər.


Məlumat üçün bildirək ki, Salyan Rayon Həsən Şahbazov adına Kərimbəyli tam orta məktəbinin direktoru Ramil Saməddin oğlu Zeynalov 2004-cü ildən pedaqoji fəaliyyətə başlamış, 2014-cü ildən məktəbin direktoru vəzifəsində çalışır. Magistratura və doktorantura təhsili almışdır.


Salyan Rayon Yuxarı Xalac 2 tam orta məktəbinin direktoru Rəşad Fəxrəddin oğlu Zeynalov 1982-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Magistraturanı bitirmiş, elmi tədqiqatla məşğuldur.

Kriteri.az

Daxil olundu: 26.04.2019 » Oxundu: 2500
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!