Redaksiyamıza Tərtər şəhərinin V.Həsənov küçəsi, 14 ünvanından E.R.MMC-nin direktoru Vəli Albəndov tərəfindn bir məktib daxil olub. Həmin məktubun məzmunu ilə oğucularımızı da tanış etmək istərdik:

"Hörmətli redaksiya! Rəhbərlik etdiyim sahibkarlıq müəssisəsi 1998-ci ildən fəaliyyət göstərir. Müəssisədə kifayət qədər işçi çalışır və onların hər biri evnə çörək pulu aparır. 

 Son dövrlər günümüz, sözün həqiqi mənasında, qara olub. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dağ-Mədən Ehtiyatlarından İstifadə Edilmə Agentliyi tərəfindən müəssisəmizə müxtəlif bəhanələr göstərilməklə lazım gəldi-gəlmədi cərimələr yazılır.

Maraqlısı ondadır ki, həmin Agentlik tərəfindən yalnız bizim müəssisəmizin ünvanına məktublar göndərilir. Biz isə öz növəmizdə sifarişli cavab məktubları yazsaq da, Agentlikdən nə bir cavab gılir, nə də yolladığımız məktublar geri qayıdır".

Vəli Albəndovun məktubundan o da məlum olur ki, sahbkarlıq müəssisəsinin rəhbəri kimi o, dəfələrlə Dağ-Mədən Ehtiyatlarından İstifadə Edilmə Agentliyinin Bakı şəhəri, İstiqlal küçəsi, 31 ünvanında yerləşən ofisinə getsə də, ona burada bu adda-nişanda qurumun yerləşmədiyini bəyan ediblər.

 İndi sahibkarın bir xahişi var:Madam ki, Dağ-Mədən Ehtiyatlarından İstifadə Edilmə Agentliyinin yerini bilən yoxdur, heç olmazsa Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev onu qəbul edib şikayətini dinləsin.

"Görünür ki, mənim məktublarıma firma blanklarında göstərilmiş ünvandan cavab vermək Dağ-Mədən Ehtiyatlarından İstifadə Edilmə Agentliyinin rəhbərliyinə sərf etmir. Bəlkə elə bu səbəbdən də onlar ünvanlarını səhv göstəriblər"-deyə V.Albəndov müraciətinə yekun vurur. 

Biz isə Dağ-Mədən Ehtiyatlarından İstifadə Edilmə Agentliyinin rəhbərliyinə xatırlatmaq istərdik ki, hazırda Azərbaycan Respublikasında sahibkarlara diqqət və qayğı bütün tariximiz boyu ən yüksək zirvəyə çatıb. Sahibkarların səmərəli fəaliyyət göstərməsi, müxtəlif sahələr üzrə nailiyyətlər əldə etməsi üçün yaradılmış münbit şərait, açılmış böyük imkanlar məhz Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. 

 Prezidentimizin xüsusi qayğısı sayəsində və müvafiq sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi qeyd edilir.

Ona görə də Dağ-Mədən Ehtiyatlarından İstifadə Edilmə Agentliyinin rəhbərliyinə sahibkarlara, o cümlədən E.R.MMC-nin direktoru Vəli Albəndova təzyiq yox, köməklik göstərməyi tövsiyə edirik. Bunu dövlətimizin qanunları da tələb edir.

Daxil olundu: 17.02.2024 » Oxundu: 435
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!