"1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub".

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: "O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard ABŞ dolları investisiyanın 6,3 milyard ABŞ dollarından artıq yatırılıb".

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 108 %-ni təşkil edəcək, bü da xarici dövlət borcunu 6 dəfə ustələyəcək.

Daxil olundu: 15.11.2021 » Oxundu: 2605
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!