“Qarşımızdakı müddətdə xüsusilə ticarətimizi artırmaq üçün preferensial ticarət razılaşması imzalamaq istəyirik, imzalamadan sonra əhatəli azad ticarət razılaşmasının müzakirəsinə başlamaq istəyirik. Biz Özbəkistanın ilk 5 əsas ticarət tərəfdaşından biriyik və Özbəkistanan ən çox sərmayə qoyan ölkəyik”.

Bunu Daşkənddə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu gün kommunikasiya xətlərinin möhkəmləndirilməsi, müdafiə sənayesi, hərbi təhlükəsizlik münasibətləri, təhsil və mədəniyyət münasibətlərimizi genişləndirməyi və digərləri haqqında fikir mübadiləsi apardıq. Həmçinin Əfqanıstan, Dağlıq Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional mövzuları müzakirə etdik”, - nazir vurğulayıb.

Daxil olundu: 09.03.2021 » Oxundu: 659
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!