Kəmalə Havadar qızı Cəfərovanın «Müasir dilçilikdə bilinqvizm və interferensiya» monoqrafiyası işıq üzü görmüşdür. İnterferensiyanın yaranmasında bilinqvizmin roluna həsr olunmuş monoqrafiyada müasir dilçilikdə bilinqvizmin tədqiqi tarixinə ekskurs olunur, bilinqvizmi yaradan səbəblər müəyyən olunur, diqlossiya, kod keçidi hadisəsi təhlil edilir və bilinqvizm sosiolinqvistik bir problem kimi bütövlükdə araşdırılır.

Monoqrafiyada dildə interferensiya hadisəsinin mahiyyəti, onu yaradan səbəblər nəzəri baxımdan tədqiq edilir, eyni zamanda ingilis dilini öyrənən azərbaycanlı tələbələrin nitqində interferensiyanın linqvistik xüsusiyyətləri üzə çıxarılır.

Əsər həm də müasir dilçilikdə baş verən cərəyanlarla, yeni istiqamətlərlə səsləşir və buna görə də monoqrafiya təkcə dilçilərin deyil, bütövlükdə filoloqların diqqətini cəlb edəcəkdir.

 

KRİTERİ.AZ

Daxil olundu: 08.10.2018 » Oxundu: 2073
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!