LDU-nun rektoru Natiq İbrahimovun (Natiq İbrahimov LDU-da əlinə düşən fürsətdən hansı yollarla yararlanır? » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri) idarəçilikdə yarıtmaz fəaliyyəti ilə bağlı zaman-zaman real acı həqiqətlərə əsaslanan yazılarımızı qələmə alırıq. Demək, 29 fevral 2024-cü ildə Lənkəran şəhər İcra başçısının 1-ci müavini Möhübbət Babayev yaşa görə dövlət qulluqçusu kimi təqaüdə çıxarılıb işdən çıxarılsa da, Natiq bəy bu dəfə daha da irəliyə gedərək dövlətə və qanunlarına meydan oxuyaraq Möhübbət Babayevi LDU-da Mülki Müdafiə Qərargahının rəisi təyin edib (Möhübbət Babayev vəzifədən azad edildi (qafqazinfo.az)). Əvvəlki yazılarımda da qeyd etmişdim ki, Natiq İbrahimov Möhübbət Babayevin (Lənkəran icra məmurunun ailə özbaşınalıqları və çoxsaylı biznes şəbəkəsi... Şok təfərrüatlar! » Mumtv.az) ailəsinin 2 üzvünü də bir neçə il bundan öncə vəzifə ilə təmin etsə də, bununla "qəlbi rahatlıq tapmayan" rektor qərara gəlib ki, dövlət qulluqçusu kimi hər ay təxminən 2 min manat dövlətdən təqaüd alan Möhübbət Babayevi ahıl yaşında mükafatlatdırsın və mükafatlandırıb da. Hörmətli rektorcığaz "xeyirxah" mükafatlandırmanı silsilə olaraq özünə ruhən yaxın hesab etdiyi, özü kimi ahıl yaşlı digər şəxslərə də şamil etməkdə davam etdirir. Belə ki, Natiq İbrahimov uzun illər Lənkəran şəhər Təhsil Şöbəsində müxtəlif vəzifələrdə çalışan, hətta şöbənin müdir müavini vəzifəsinə kimi qalxmağı bacaran, nəhayətdə dövlət qulluqçusu olaraq yüksək məbləğli təqaüdlə təqaüdə göndərilən 70 yaşlı, heç bir elmi dərəcəsi olmayan Güloğlan Bağırovu keçən il - 2023-cü ilin sentyabr ayında LDU-da müəllim kimi işə götürmüş, üstündən 1 ay keçməmiş dərhal daxili əmri ilə "baş müəllim" kimi də ödülləndirmişdir (Lənkəran ŞTŞ-nin müdir müavini Güloğlan Bağırov attestatları 500 manata satır........ » Teref.az). Hələ bütün bunlar azmış kimi Natiq İbrahimov heç bir elmi dərəcəsi olmayan 70 yaşlı təqaüdçü Güloğlan Bağırovu "Tarix-coğrafiya və incəsənət" fakültəsinə dekan müavini vəzifəsinə də təyin etmişdir. Halbuki rektor Güloğlan Bağırovla həmkar olan, uzun illər direktor, Lənkəran şəhər Təhsil şöbəsinin müdiri olmuş, təxminən 8 ildir ki, LDU-da tarix fənnindən saathesabı müəllim işləməsinə baxmayaraq, Aslan İbrahimovu nəinki baş müəllim, dekan müavini, heç tamştatlı müəllim kimi işlə təmin etmir. Görəsən, dövlətin dövlət qulluqçusu kimi yüksək məbləğdə təqaüdə göndərdiyi ahıl şəxsləri yenidən LDU-da birbaşa vəzifə ilə təmin edərək işə götürməklə dövlətə və onun qanunlarına meydan oxuyan, “LDU-da mənəm, Bağdadda kor xəlifə” deyən rektor Natiq İbrahimovun məqsədi nədir? Bu gün Lənkəranda, ümumilikdə cənub bölgəsində yuxarıda sadaladığım işlərə yüzlərlə istetdadlı, potensiallı layiqli gənc kadrların ehtiyacı olduğu halda, görünən reallıq ondan ibarətdir ki, 71 yaşlı rektor ətrafına özü kimi ahılları və həddən artıq gənc xanımları işə, vəzifəyə götürməklə ciddi şəkildə məşğuldur. Natiq İbrahimovun idarəçilikdəki qüsurlarını görüb işıqlandırmaq bizim ziyalı olaraq vətəndaşlıq borcumuz, onun ədalətsiz idarəçiliyi ilə bağlı hüquqi müstəvidə cəzalandırmaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin vəzifə borcu olsun.

kriteri.az

Daxil olundu: 14.04.2024 » Oxundu: 673
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!