AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş «Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti»nin I cildi (Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2019, 344 s.) nəşr olunmuşdur. Kitabın redaktorları akademik Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru, dosent Zəkiyyə Əbilova, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Elnur Heydərov, rəyçiləri filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Quliyevdir.
Lüğət böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadilli şeirlərinin lüğət tərkibini əks etdirir. Burada sözlərin mənşəyi, üslubi və qrammatik xüsusiyyətləri, mənaları və məna incəlikləri verilmiş, elmi, bədii, dini-fəlsəfi görüşləri geniş ensiklopedik məlumatlarla şərh edilmiş, zəngin illüstrativ materiallarla təchiz edilmişdir. «Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti»nin çoxcildli olması nəzərdə tutulmuşdur. Təqdim olunan I cildin sözlüyündə A, B, C, Ç, E, Ə, F, G, Ğ hərfləri ilə başlayan baş sözlərin lüğət məqalələri öz əksini tapmışdır.

Kriteri.az

Daxil olundu: 19.12.2019 » Oxundu: 2218
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!