“Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq polis gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Xidmət rəisi qeyd edib ki, ictimai asayişin, insanların təhlükəsizliyinin qorunması və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün bütün zəruri tədbirlər aparılır:

“Bu işlər beynəlxalq idman yarışının davam etdiyi müddətdə də həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyunda keçiriləcək.

Daxil olundu: 03.06.2021 » Oxundu: 164
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!