Subaylığından qaçır
Qardaşımın balası,
Şənliyə meydan açır
Qardaşımın balası.
Olmasın xəzan yolun ,
Cəlsin başına "oyun"
, Çalınsın daha toyun,
Qardaşımın balası
Sevincini paylaşır,
Uğuru başdan aşır,
Toy sənə çox yaraşır,
Qardaşımın balası
. Artıbdır daha işi,
- Yığıb dostu-tanışı,
Məhəbbətdən danışır
Qardaşımın balası.
Əfsanələr realdır,
Baxın necə xoş haldır.
Başını şəstlə qaldır,
Qardaşımın balası.
Mənimçün Günəş, Aysan,
Çox müqqəddəs bir paysan,
Elə qardaşa taysan,
Qardaşımın balası.
Dərdin kədərin solsun
Ömrunə sevinc solsun,
Toyun mubarək olsun,
Qardaşımın balası.
Ofeliya Nəzərova
AJ B və AY B nin üzvü
Qızıl qələm və Araz mukafatı,
5 kitab müəllifi.
Daxil olundu: 05.09.2026 » Oxundu: 31
