"Siyəzən şəhər Uşaq İncəsənət məktəbi 1977-ci ildən Şabran rayonunun musiqi məktəbinin təqkibində filial kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə məktəb fortopiano, tar, qarmon ixtisasları üzrə fəaliyyət göstərmiş, yerli ixtisaslı mütəxəssislər demək olar ki, yox səviyyəsində olmuşdur. Məktəb 1990-cı ildən, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 27 aprel 1990-cı il tarixli  əmrinə əsasən müstəqil məktəb kimi fəaliyyətə başlamışdır. Həmin ildən məktəbdə 7 ixtisas: fortopiano, tar, kamança, qarmon, nağara, klarnet və təsviri incəsənət şöbələri açılmışdır. Hazırda həmin şöbələrdə 200-dən çox şagird təhsil alır. 2011-ci ildə məktəb üçün yeni bina inşa edilib istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbin inzibati binasının açılışında iştirak edərək rəmzi qırmızı lenti kəsmiş, müəllim və şagirdlərə uğurlar arzulamışdır.
Məktəb fəaliyyətə başladığı tarixdən hal-hazıra kimi Respublika üzrə keçirilən bütün müsabiqələrdə fəal iştirak edir, uğurlu nəticələr qazanır".
Bu sözləri Siyəzən şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Gülnarə Nəcəfova söylədi. Həmçinin bildirdi ki, doğma şəhəri olan Siyəzənin mədəniyyətinə xidmət etməyi, istedadlı uşaqların təhsil almalarına yardımçı olmağı özünün vətəndaşlıq borcu hesab edir.
Gülnarə xanım 1981-ci il mart ayının 9-da Siyəzən şəhərində anadan olub. Təhsil aldıqdan sonra əmək fəaliyyətinə məhz burada başlayıb və daha dəqiq desək, 2004-cü ildən bu məktəbdə çalışır. 2024-cü ilin sentyabr ayında isə məktəbə direktor təyin olunub.
Məktəb haqqında ətraflı məlumat verən Gülnarə xanım onu da qeyd etdi ki, burada təhsil alan şagirdlər fortopiano, qarmon, nağara, kamança, tar, xanəndə, rəqs və sair ixtisaslara daha çox maraq göstərirlər. Məktəb bütün lazımı musiqi alətləri və avadanlıqlarla təchiz olunubBu isə dərslərin daha keyfiyyətli aparılmasına şərait yaradır. Məktəbin nümunəvi müəllimlərindən Xəyalə, Günel, Şəlalə xanımları, Fazil müəllimi və başqalarını demək olar. Son illərdə məktəbin şagirdləri daha çox kamança, xanəndə və rəqs ixtisasları üzrə regional tədbirlərdə mükafatlandırılıblar.
Onu da qeyd edək ki, 250 şagird tutumu üçün nəzərdə tutulmuş məktəbdə hazırda 200-dən çox şagird təhsil alır. Onların ixtisas təhsili ilə 52 müəllim məşğul olur.
Gülnarə xanım öz söhbətində regional mədəniyyət idarəsinin və mədəniyyət şöbəsinin müdirlərindən minnətdarlıqla söz açdı. Qeyd etdi ki, onların dəstəyini hər zaman hiss edirlər.  Onu da deyək ki, Gülnarı xanım ailəlidir və 2 övlad anasıdır. Övladlarının hər ikisi ali təhsilli mütəxəssislərdir və magistr pilləsinə yiyələniblər. Bu isə Gülnarə xanımın elm və təhsilə necə böyük önəm verməsinin nümunəsidir.

Gülağa Cəfərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 16.01.2025 » Oxundu: 102
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!