Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru Maqsud Ağayev 1973-cü ildə Lerik rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 1999-cu ildə ali təhsilini bitirib. İnternaturanı Lerik MRX-da keçirib. O, Terapiya üzrə ixtisaslaşan Maqsud həkim 2020-ci ilə kimi Lerik MRX-da terapiya şöbəsinin müdiri işləyib.
Hazırda MRX-da Rublik hüquqi şəxs direktordur. Rayonda 8 xəstəxana və 99 həkim məntəqəsi fəaliyyət göstərir. Bu xəstəxana isə 90 çarpayılıqdır. Burada xəstələrin rahatlığı üçün hər cürə şərait yaradılıb.
Maqsud həkim sağlam həyatın vacibliyindən danışaraq deyir ki, sağlamlıq insana bəxş edilmiş ən böyük xoşbəxtlikdir. Təəssüflər olsun ki, bəzən bu məsələyə biganə yanaşır, sağlamlığımızın qədrini bilmirik. Ta o vaxta qədər ki, sağlamlığımızla bağlı böyük problemlərlə qarşılaşırıq. Məhz bu yerdə həkim-şair Abbas Səhhətin bir kəlamı yada düşür: "Sağlamlıq elə bir tacdır ki, onu yalnız xəstələr görə bilir". Gəlin elə yaşayaq ki, geridə qalan sağlamlığımıza baxıb təəssüf hissi keçirməyək. Bunun üçün yaşam tərzimizə xüsusi diqqət yetirməliyik. Bir az nasazladıqda, hər hansı problemin həlli üçün mütləq həkimə müraciət etməliyik.
Maqsud həkim onu da qeyd etdi ki, dövlətimiz də insanların sağlamlığının qorunması ilə bağlı bir sıra mühüm layihələr həyata keçirib, islahatlar aparıb. Müasir dövrümüzdə isə səhhətimizə daha çox diqqət yetirməli, sağlamlığımızı qorumalıyıq. Dünyanın bəlasına çevrilmiş karonavirus pandemiyası, təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Lakin məhz dövlətimizin tətbiq etdiyi müxtəlif qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz hələ ki, bu bəladan digər dövlətlərə nisbətən az itki ilə qurtula bilir. Bunun üçün həkimlərimizin fədakarlığı, yorulmaz əməyi əhəmiyyətli rol oynayır.
Bu gün bizim ən amansız düşmənimiz məsuliyyətsizlikdir. Çünki məsuliyyətli insan heç vaxt öz sağlamlığına qarşı soyuqqanlı ola bilməz. Ona görə də mümkün qədər daha çox diqqətli olmalıyıq. Qarşıda xalqımızı daha gözəl, daha firavan günlər gözləyir. Bu gün xalqımız çox xoşbəxtdir. Çünki Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın sayəsində 30 illik həsrətə son qoyuldu. Torpaqlarımız işğaldan azad edildi. Doğrudur, bu yolda itkilərimiz də oldu. Amma nahaq yerə deməyiblər ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Şəhidlərimiz bu torpağı qanları ilə qarışdırıb Vətən olduğunu sübuta yetirdilər. Biz həkimlərin də borcu bu Vətənin insanlarının sağlamlığını qorumaq, onların xəstəliklərini müalicə etməkdir – deyir Maqsud həkim.


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.01.2021 » Oxundu: 2391
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!