Mənə ilham gəlir durduğum yerdə ,
O məni dağlara, daşlara salır.
Mən şeir yazıram, yüngülləşirəm,
Ürək əməlimdən çox razı qalır
. Şairə, şeirə dəyəri vardır,
Sənətə hörmətə bax bu Vətəndə.
Baxıb doğma Vətən Azərbaycana,
Bəzən cuşa gəlib yazıram mən də.
Şair əhvalından yaranır şeir,
Misralar gah sığal, gah da nizədir.
Bəzən tez-tez gəlib yorur şairi,
İlham deyilən şey bir möcüzədir.
Şair haqsızlığa biganə qalmaz,
Şair ədalətin bir hissəsidir.
Şairin ağzını bağlamaq olmaz,
Şair bu dünyanın gur haqq səsidir.
Ofelya Nəzərova
AJB -AYB və Qızıl Qələm Araz mukafatı şair jurnalist
Daxil olundu: 18.10.2026 » Oxundu: 23
