Salyan Rayonlararası Şorsulu Əsəb-Nevroloji Xəstəxanasının baş həkimi Allahverdi Bəylərov 2 may 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1982-ci ildə Azərbaycan Tibb Universitetini terapiya ixtisası üzrə bitirmişdir. 1984-1992-ci illərdə Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. 2000-ci ildə ixtisasdəyişmə kursunu keçərək “Psixiatr” ixtisasına yiyələnib.

1992-95-ci illərdə Ağdamda cəbhə bölgəsində olub. 1996-cı ildən isə Daxili İşlər Nazirliyində həkim işləyib.

2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Perinatal Xidmətində həkim-ordinator və şöbə rəisi işləyib. Ədliyyə mayorudur.

2017-ci ilin avqust ayından hazırda işlədiyi yerə təyin olunub.

Həkim onu da qeyd etdi ki, əmisi Cabbar Bəylərov Ulu öndərimiz Heydər Əliyevlə işləyib. 1960-cı illərdə Salyan, Xaçmaz, Lənkəran, Şirvan və s. rayonlarda DTX-nın rəisi olub. Hazırda 91 yaşı var, təqaüdçüdür.

Atası Keşdasif kişi də uzun illər vəzifədə işləyib. Hamı ona el ağsaqqalı kimi hörmət edir.

Həkim ölkəmizdə tibb sahəsinin son dövrlər yüksək sürətlə inkişaf etməsini bu gün doğma vətənimizdə ulu öndərimizin siyasi kursunu möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğuladı. Ona görə də dahi siyasətçinin siyasəti indi də yaşayır, günü-gün­dən möhkəmlənir, yeni formaları ilə zənginləşir.

Cə­nab Prezidentimizin siyasi fəaliyyəti ilə tanış olub onun yalnız Azərbaycanın deyil, Qərbin, ümumilikdə dünyanın qlobal prob­lem­lərinə yanaşaraq baş verən hadisələri özünə­məxsus şəkildə analiz edib və düzgün nəticə çıxarmaq imkanları ilə dünyanın bü­tün siyasi liderlərindən üstün olmasını görəndə qəl­bi­­miz fə­xa­rət hissi ilə dolaraq ondakı enerjini, xalqına olan son­suz mə­həb­bət və sədaqətinə heyran oluram.

Zəngin və qüdrətli Azərbaycanımızın ərazi bütövlüyü, iqti­sadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətən­daşa xüsusi olaraq sosial qayğı, ədalətli cəmiyyət qurmaq prin­sipi İlham Əliyev fəaliyyətinin əsa­sı­nı təşkil edir. Məhz buna gö­­­rə də ölkəmiz qısa zaman ərzində təkcə regi­on­da deyil, bütövlükdə dünyada sayılıb-seçilən bir dövlətə çevrildi.

Daxil olundu: 05.10.2018 » Oxundu: 1215
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!