Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev aprelin 29-da, saat 11:00-da Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində (Nəriman Nərimanov küçəsi, 72A ünvanında) olacaq.

Qəbulda yalnız gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək. Vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və yaxud Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Daxil olundu: 27.04.2022 » Oxundu: 361
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!