Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov Daşkəsən şəhər Şəhidlər xiyabanında dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Qeyd edək ki, 1988-ci il təvəlüdlü Elməddin Nizami oğlu Vəkilov ailəli olub. O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.

Allah rəhmət eləsin!

Daxil olundu: 08.05.2021 » Oxundu: 486
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!