Şəhidlər xiyabanının kütləvi şəkildə ziyarət olunmasına başlanılıb.
Şəhidlərin xatirəsini ilk olaraq ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndələri ziyarət edib.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişi təmin edir.
Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı hadisələrdən 33 il ötür.
Daxil olundu: 20.01.2023 » Oxundu: 225