Tanınmış qələm sahibi, Əməkdar jurnalist Sərhəd Məmmədovun bu günlərdə 80 yaşı tamam olur. Ömrunun 57 ilini sırf jurnalistikaya həsr edən Sərhəd Məmmədov ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar Jurnalist" fəxri adına layiq görülmüşdür. O Milli mətbuatın 150 illik yubiley medalı ilə təltif olunmuşdur.Həmçinin qızıl qələm mükafatına layiq görulmuşdur. Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü və 6 kitab müəllifidir. Sərhəd Məmmədov Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin ilk məzunudur. Sərhəd müəllim 30 ildir ki, "Kirpi" jurnalında müxtəlif vəzifələrdə işləmiş, artıq 7 ildir jurnalın redaktorudur. Sərhəd Məmmədov 1946-cı ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub.
Qələm dostumuzu 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömur və yaradıcılıq fəaliyyətində yeni- yeni uğurlar arzulayırıq.

kriteri.az

Daxil olundu: 13.06.2026 » Oxundu: 60
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!