Sözümün önündə canlanır adın,
Sözün sərrafısan, sən ey sənətkar,
Sözə həyat verir, qəlbinin odu,
Sənə qurban olum, neçə yaşın var?

Dəryatək coşdurur, məni vüqarın,
Adınla fəxr edir vətənin,yurdun,
Heç dönük, çıxmadın söz sənətinə,
Səni alqışlayır, hər gün söz ordun.

Tanrı sözu sənə mükafat verib,
Sözün ismətisən, sözün yarısan,
Eşqinlə artırdın, sözün ömrünü,
Sən Şəkər Aslanın yadigarısan.

Döyünür sinəndə işıqlı ürək,
Sərvətin hikmətdir, sevgidir varın,
Hər nömrə ünvana yetişənədək,
Səbrlə gözləyir, oxucuların.

Sözün şah qeyrəti, şah qüdrəti var,
Sözünün qüruru olub taxt tacın,
Haqq yolu gedirsən, öz qələminlə,
Qəlbləri fəth edən,jurnalist bacım.

Yaş üstə yaş gəlsin, sözün yaşasın,
Heyranıq sözünün yaraşığına,
Tarixdə əbədi naxışın olsun,
Dünya qiymet versin söz işığına.

Ofeliya Nəzərova
AYB və AJB üzvü, Qızıl qələm

Daxil olundu: 15.02.2026 » Oxundu: 4206
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!