Bir kənd var Azərbaycanın cənubunda — Miyankü deyirlər adına.
Amma bu ad təkcə coğrafi bir yer deyil, bu ad — hissdir, ruh halıdır, vəfadır, qürurdur…
Oranı tanıyanlar bilirlər:
Miyankü torpağın danışdığı, çayın dua etdiyi, dağın səbrə büründüyü yerdir.
O kənddə insanlar sadəcə yaşamır, yaşatmağı öyrədirlər.
Miyankü ata yurdudur — alnının tərini torpağa verən kişilərin yurdu...
Ana vətəndir — ocaq başında çörək bişirib dua edən anaların torpağı.
Bu kəndin havasında uşaq gülüşləri, yollarında qocaların addım izləri var.
Burada hər ağac nəsil-nəsil kök atır, hər daşın altında bir həyat hekayəsi yatır.
O kənddən çıxan müəllimlər var —
Əlifbanı öyrətməklə yanaşı, insan olmağı da aşılayırlar.
Həkimlər var — sadəcə dərdi sağaltmır, könül də oxşayır.
Şairlər var — kəndin səsini misralara çevirirlər.
Dənizçiləri var - Miyankü ruhunu dalğa-dalğa dünyaya yayırlar.
Və ƏSGƏRlər var — vətən dedinmi, canını heç düşünmədən torpağa qurban verən oğullar...
Bəzən bir kəndin sadəliyi içində dünyanın ən böyük gözəlliyi gizlənir.
Miyankü də elə belə bir yerdir.
Adı az deyilsə də, böyüklüyü sadəliyində gizlidir.
Gözəl qızları utancın, qeyrətin və gözəlliyin təcəssümüdür.
Oğlanları mərdliklə yoğrulmuş, işıqlı alınlı, ürəyi təmizdir.
Bu kəndin insanları sadə görünür,
Amma onların içində bir ömürlük vətən sevgisi,
bir ömürlük insanlıq yaşayır.
Miyankü — sadəcə bir kənd deyil.
O, bir yurdun kökü,
bir xalqın nəfəsi,
bir torpağın əxlaqıdır.
Və nə xoşbəxtdir o kəs ki,
bu torpağın suyunu içib,
çörəyini yeyib,
adını daşıyır...
Çünki...
Miyankü təkcə bir kənd deyil.
MİYANKÜ — KÖKdür, ŞƏRƏFdir, GÜRURdur, VƏTƏNdir!
Qısaca, ❤️dir Miyankü!!!
Xuda Tahir
