Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov hər zaman dövlətə və dövlətçiliyə, xalqa, millətə, ümummilli liderin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edən insanlardan biridir. O, hər zaman öz işinin öhdəsindən layiqincə gəlib, öz işində prinsipiallığı, qətiyyətli və dürüst mövqeyi ilə hər kəsin rəğbətini qazanıb. Qısa vaxt ərzində su qıtlığına baxmayaraq rayonun fermerlərini və kənd təsərrüfatı işçilərini, pambıq əkini ilə məşğul olanları lazımınca su ilə təmin edə bilməsi bunun bariz nümunəsidir.
Sabirabad Suvarma Sistemləri İdarəsində qayda-qanunlara düzgün riayət edilməsi, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi uğurun başlanğıcıdır. İdarənin ən böyük uğuru isə məhsul bolluğu, insanlarn rifahının yüksək olmasıdır. Bunun üçün suvarmanın qaydasında və lazımı qədər aparılması vacib məsələdir.
Bu barədə danışan Şafiq Heydərov qeyd edir ki, torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi qiymətləndirilir. Məhz bu səbəbdən tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında mübarizə getmişdir. Torpaq yerin üst münbit qatı olmaqla aqrar sahənin əsas istehsal vasitəsidir. Ölkəmizin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində becərilməsinə imkan versə də, torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlıdır ki, bunun da əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyildir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir. Torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır. Torpaqların səmərəli istifadə edilməsi məqsədilə onun su, qida, hava və istilik rejimləri düzgün tənzimlənməlidir.
Şafiq müəllim onu da dedi ki, torpaqların münbitliyinin mühafizəsi üçün becərmə tədbirləri imkan daxilində kompleks qaydada təşkil olunmalı, suvarma qaydalarına siddi əməl olunmalı, mütərəqqi suvarma sistemlərinə üstünlük verilməlidir. Unutmamalıyıq ki, torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadəsi olunması məqsədilə münbitliyinin bərpası və artırılması, habelə ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi hamımızın vətəndaşlıq borcudur.

Mustafa Məmmədəliyev
Sabirabad Suvarma Sistemləri İdarəsinin Kadrlar şöbəsinin rəisi

Daxil olundu: 23.01.2021 » Oxundu: 1309
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!