Suriyanın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin üç hərbçisi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şimalında terrorçuların hücumu nəticəsində çavuşlar Şahin Sarılmaz, Necati Yatkak və Halit Altun şəhid olub.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar şəhidlərin ailəsinə başsağlığı verib.

 

Daxil olundu: 04.06.2021 » Oxundu: 2004
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!