11 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsi tanınmış türkoloq alim Məhəbbət Mirzəliyevanın 70 illiyinə həsr olunmuş “Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda elmi konfrans keçirəcəkdir.
Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:
- Məhəbbət Mirzəliyeva şəxsiyyəti və dilçilik görüşləri
- Müasir Azərbaycan dilinin tədqiqi məsələləri
- Türk filologiyasının aktual problemləri
- Ümumi və nəzəri dilçilik məsələləri
- Dil tarixi və dialektologiya
- Ortaq Türkcə: əlifba, imla, termin
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 iyul 2019-cu ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: konfrans70@gmail.com
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix: 10 iyul 2019-cu il
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi: 15 iyul 2019-cu il
Konfransın açılış mərasimi və bölmə iclasları: 11 oktyabr 2019-cu il
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Kriteri.az

Daxil olundu: 30.05.2019 » Oxundu: 2300
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!