Qızılağac Dövlət Təbiət Qoruğu 3 iyul 1929-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən Qoruğun bazasında yaranan park ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Milli Park statusunu almışdır. Əsasən su-bataqlıq ərazidən ibarət olan Milli Parkın ərazisi 99 min 60 hektardır. Qoruq Ramsar Konvensiyasının "Ramisar Siyahısı"na daxil edilmişdir və bu səbəbdən də beynəlxalq əhəmiyyətli qoruq hesab edilir. Qoruq mövcud təbii komplekslərin olduğu kimi saxlanılmasını təmin edən və dövlət tərəfindən mühafizə olunan ərazidir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. Qızılağac Milli Parkı zəngin biomüxtəlifliyi və su-bataqlıq ekosistemləri ilə Azərbaycanın xüsusi əhəmiyyət daşıyan təbii ərazilərindən biridir. "Qızılağac" Milli Parkının direktoru Cavid Yahyayev 1991-ci il 2 may tarixində Bakı şəhərində anadan olub. Lənkəran Dövlət Universitetinin Ümumi coğrafiya ixtisası üzrə bakalavr pilləsini bitirib. 2013-2014-cü illərdə Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb və fiziki coğrafiya ixtisası üzrə magistratura təhsilini başa vurub. 2018-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyində işə qəbul olunub. Artıq 8 ildir ki, bu nazirliyin əməkdaşıdır. Cavid müəllim 5 il Təbii Sərvətlər Nazirliyinin "Qaragöl" Dövlət Təbiət Qoruğunun direktor əvəzi vəzifəsində çalışıb. 2026-cı ildə "Qızılağac" Milli Parkının direktoru vəzifəsinə təyin edilib. Onu da qeyd edək ki, Cavid müəllim Ekologiya Təbii Sərvətlər Nazirliyinin yanında \Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin 1-ci dərəcəli dövlət qulluqçusudur. Burada hazırda 63 işçi qüvvəsi çalışır. Qoruqda mühafizə işləri çox yüksək səviyyədə aparılır. Ərazidə əsasən nadir və nəsli kəsilməkdə olan, tükənmək təhlükəsi ilə üz-üzə qalan flora və fauna növləri qorunur. Ərazidə yaşayan nadir quş növlərindən flaminqo, turac, qızıl qaz və başqa quşları göstərmək olar. Qoruq əsasən köçəri və yerli quşların yuvalama yeridir. Burada bütün quşlar üçün yuva qurub, bala çıxartma şəraiti çox əlverişlidir. Təbiətin qanadlı sakinlərinin ünvanı məhz Qızılağac Milli Parkıdır. Parkda quşların və heyvanların təbii yem bazası olmasına baxmayaraq yenə də onlar süni şəkildə yemlənirlər. Ərazidə qaban, nutriya və bir sözlə, bütün növ heyvanlar vardır. Dəniz heyvanları üçün isə qoruqda böyük və kiçik körfəz ərazisi yaradılıb. Təbiətə ziyan vurmağa çalışan brakanerlərdən də danışdı. Məlumat üçün bildirdi ki, son 7 ay ərzində qoruğun mühafizəçiləri tərəfindən 90 yaxın brakaner tutulub. Şəraitə uyğun olaraq onların bəziləri müxtəlif məbləğlərdə cərimələnib, bir neçəsinə cinayət işi açılıb. 10-a yaxın brakanerin işi isə lazımı cəza tətbiqi üçün məhkəməyə təhvil verilib. Qızılağac Milli Parkının bir özəlliyi də onun turist səfərləri üçün çox maraqlı və münasib olmasıdır. Parkın əsrarəngiz gözəlliyi, flora və faunasının zənginliyi, havasının saflığı, gözoxşayan təbiəti hər kəsi heyran etmək iqtidarındadır. Məhz buna görə də bütün təbiətsevərlər parkın ərazisində gəzməyə, təbiətini seyr edərək qeyri-adi gözəlliyi ilə üz-üzə qalmağa, havasını udub suyundan içməyə maraq göstərirlər. Bütün bunlar isə burada çalışanların və rəhbərliyin boynuna böyük məsuliyyət hissi qoyur ki, yaxın gələcəkdə Park çoxsaylı turistlərin istirahət məkanı kimi fəaliyyətini daha da genişləndirsin.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 15.11.2026 » Oxundu: 34
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!