Çox hörmətli xanım Laləzar Hüseynova! Siz istedadlı, peşəkar aktrisa, tanınmış teatr rejissoru, mədəniyyət sahəsində bacarıqlı, nümunəvi təşkilatçı kimi artıq 30 ildən çoxdur ki, milli teatrımızın inkişafına dəyərli töhfələr verirsiniz. Yaratdığınız unudulmaz obrazlar, quruluş verdiyiniz tamaşalar, sənətinizə olan sevginiz teatrsevərlərin qəlbində dərin iz buraxıb. Əməyiniz, çəkdiyiniz zəhmət çox yüksək qiymətləndirilib. Dəfələrlə Prezident mükafatına, Azərbaycan Respublikasının əməkdar mədəniyyət ișçisi, Dağıstan Respublikasinin əməkdar artisti fəxri adlarına layiq görülmüsünüz. Siz 2024-cü il iyun ayının 20-dən Lənkə¬ran Dövlət Dram Teatrında direktor vəzifəsində çalışırsınız. Bu dövrdə rəhbərlik etdiyiniz kollektiv təkcə Lənkəranda və cənub bölgəsində deyil, eləcə də respublikamızın digər şəhər və rayonlarında, xarici ölkələrdə biri-birindən maraqlı çıxışları ilə minlərlə tamaşaçının rəğbətini, sonsuz məhəbbətini qazanmışdır. Teatrın sehrli dünyasını bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Qarşıdakı ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy Lənkəran teatrının səhnəsini hər zaman tamaşaçı alqışları bürüsün!
Dərin hörmətlə: “Kriteri.az”ın yaradıcı kollektivi!
