Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener söyləyib.

O bildirib ki, ikinci tur mayın 28-də olacaq.

A.Yenerin sözlərinə görə, prezident seçkiləri ilə bağlı səslərin 100 faizi hesablanıb.

Komissiya sədri deyib ki, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb.

MSK sədri söyləyib ki, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb.

Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.

“Bununla da prezidentliyə namizədlərdən heç biri ilk turda qalib gələ bilməyib. İkinci turun xalqımız üçün xeyirli olmasını arzulayıram. Ölkəmizdə prezident seçkilərinin ikinci turu ilk dəfə keçiriləcək”, - A.Yener vurğulayıb.

O, həmçinin səsvermə prosesinin təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinə təşəkkür edib.

A.Yenar onu da qeyd edib ki, ikinci turda büllendə R.T.Ərdoğanın adı birinci, K.Kılıçdaroğlunun adı ikinci olacaq.

Onun sözlərinə görə, artıq təbliğat kampaniyasına start verilib.

Daxil olundu: 15.05.2023 » Oxundu: 295
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!