Ən zərif,ən gözəl çiçəklər dağların zirvəsində bitir.O,titrək vücud ən sərt küləklərə dözür,qızmar Günəşdən qorunur.Çünki bu çiçəklər Rəbbinə güvənir.Bizim Ayşəmiz də belədir.Dilində hər zaman la ilahə iləllah,maşallah,Allah razı olsun və s.Müqəddəs Qurani-Kərim ayələlərinin şəhdü-şəkəri var Ayşəmizin şirin-şəkər dilində.
Sazı özünə,özü sözünə yaraşan gənc aşıq-şair Ayşə Səyyadqızı sözün əsil mənasında qürurverici bir gəncimizdir.Dərəni,təpəni çoxdan aşıb Ayşə.Artıq poeeziyamızın zirvəsinə addımlayır.Sözünün qüdrəti ilə sərhədləri çoxdan aşıb.Dəli könlü coşanda yuvalanmağa bir mərhəm könül yuvası axtarır.Bu isti yuva isə Ana Vətənini güllər qoxulu,cazibədar,nəvazişli qucağıdır.Ayşə bütün məkanlara Vətənin qucağından pərvazlanır -onun Günəşi ilə doğur,yağışı ilə yağır .Gah dalğalar kimi coşur,gah da ləpələr kimi həzinləşir."Ucalığı dağ anlayar" -deyən gənc şairəmiz üzü dağlaradı.Yolun uğurlu olsun,Ayşə!

Qocalığı könlü qubar,
Ucalığı dağ anlayar.
Bulaqları yağan yağış,
Çiçəkləri bağ anlayar.

Ayşə orta məktəbdə təhsil alır,on birinci sinif şagirdidir.Yazdığı şeirlər isə artıq bir ömrün bələdçisidirO,şeirlərində səbəb qoyduğu məsələlərdə nəticəni də tağır və cavablandırır

Gülməzdik gözlərdə yaş olmasaydı,
Duymazdıq düşünən baş olmasaydı,
Pislərin ürəyi daş olmasaydı,
Yaxşının qədrini bilməzdik bəlkə.

Ayşə Səyyadqızının qələminin mürəkkəbi şərbət bulaqlar,ballı pətəklərdi.Ayşənin qələminin mürəkkəbində yeddi göy qurşağının rəngi var.Ona görə şeirləri şirin,oxunaqlı,dadlı,duzludu.

Yaşıl don geyinib, üstü qırmızı,
Deməklə qurtarmaz, a Səyyadqızı,
Çiçəyi, çəməni, gülü, yarpızı,
Əzəldən sərvəti, varı dağların.

Ayşə gənc olsa da mövzu dairəsi əhatəlidir.O həm də,gözəl müşahidəçidir.Gördüklərinə həyati qiymət verə bilir

Bil insanı gözdən salan,
Bir pislikdir, bir də yalan,
Unutma ki, ömrü talan,
İnsan edir, fələk deyil.

Ayşə hər zaman poetik axtarışdaır.Kəpənək kimi güldən-gülə qonur,nəğməkar quşlar kimi cəh-cəhlə ötür,özünə rəngarəng bir şeiriyyət yuvası qurur -neçə min boyası,çaları ilə.O,bəzən sözü sazın köksünə,bəzən də sazı sözün ucalığına gətirir.Gözəl bir vəhdət qurur,Ayşə!

İnsan şükr eyləsin yaxşı vaxtına,
Mindirmir hər kəsi şahlıq taxtına,
Allah qələm çəksə qulun bəxtinə,
Hamı anlayar ki, yalandı dünya.

Ayşə, sən aldanma bostana, bağa,
Həyat yandıranda nə bəy, nə ağa,
Bir gün qaldırarsa zirvəyə, dağa,
Bir gün dağ başından salandı dünya.

Ayşə hər kəlməsi,misrası,tam varlığı ilə üzü Allahın dərgahınadır.Hərdən mənə elə gəlir ki,o,cəmiyyətdəki insanlardan daha çox Rəbbi ilə danışır,bölüşür.Bəlkə də erkən yaşda bu cür bir-birindən gözəl şeirlər yazmağı ona qismət edən Birdi bir olan bu qızın tale yollarında hər dəfə yeni poeziya üfüqləri açır.
Ayşə gənc olsa da,hər sözünü,misrasını yüz ölçüb bir biçir.Bu onun sözə cavabdehliyindən,məsuliyyətindən irəli gəlir.Saf təməllər üstündə söz evi qurur Ayşəmiz.Təməli,əməli mübarək olsun!

Dünənin yoxdursa bu günün olmaz,
Gərək ki, binanın təməli olsun.
Ucaldan insanı nə dövlət, nə var,
Allah dərgahında əməli olsun.

Ayşə sazı ilə,sözü ilı Uca Yaradanın ətəyindən tutan dinli,imanlı bir gəncimizdi.

Utansın günahdan, çəkinsin qandan,
Desin Peyğəmbərdən, bilsin imamdan,
Qurandan, kitabdan, dindən, imandan,
Anlasın dünyadan xəbəri olsun.

Ayşə Uca Allahı, el-obanı özünə arxa sayır.Şeirlərinin əsas motivlərindən biri də budur.Ayşənin mənəviyyat dünyası Allahın nuru ilə çıraqbandı.Bu işıq,bu nur onu aydın yollara qovuşduracaq.

Mən niyə çəkinim eldən, obadan,
Alnım açıqdısa, üzüm ağdısa?
Mən niyə özümə arxasız deyim,
Dayağım Allahdı, başım dağdısa?

Ayşənin mənəviyyat dünyası olan ilk kitabı ilə qarşımda gəncliyimizin yeni dünyası açılır və qürur duyuram.

Ay Ayşə, xalq denən xalqımıztəki,
Qorxmaz Koroğlusu, ölməz Babəki,
Kükrəsin Fərhadı, coşsun Beyrəyi,
Bozatın belində Həcəri olsun.

Kitabda dövrümüzün dəyərli insanlaraına Ayşənin ithaf şeirləri və deyişmələr də əksini tapmışdı.Bu şeirləri də Ayşə özünəməxsus qələmə almışdı.
Ayşə çoxsaylı oxucular tərəfindən oxunur,sevilir.Bir daha ucalığa gedən yolda Ayşəmizə uğurlar diləyirəm!

Fəridə Ləman

 

Daxil olundu: 14.11.2018 » Oxundu: 1566
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!