Ukrayna ordusu Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.

O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.

Daxil olundu: 05.05.2022 » Oxundu: 542
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!