Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocəvəndin, Su­qovuşanın və Şuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçularına orden və medallar təqdim olunub.

Orden və medalları mayın 28-də Zəngilan rayonu ərazisində DSX-nin yeni hərbi hissə kompleksinin xidməti-döyüş fəaliyyətinə başlaması mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev təqdim edib.

Döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qə­ləbənin əldə olunmasında zəhməti olan bütün şəxsi heyətə, hərbi hissənin inşasında iştirak etmiş heyətə minnətdarlıq bildirilib.

Vətən müharibəsində əldə edilmiş təcrübənin qarşıda duran tapşırıq­ların daha yüksək səviyyədə icra şəraitini yaratması, Azərbaycan sərhədçi­lərinin işğaldan azad olun­muş ərazilərdə xidmətlərilə qürur duymaları və daima Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə xidmət edəcəkləri, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaqları xüsusi qeyd olunub.

Daxil olundu: 29.05.2021 » Oxundu: 583
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!