Zaqatala Mərkəzi rayon Xəstəxanası nəinki rayonun, hətta ətraf rayonların da üz tutduğu sağlamlıq ocaqlarından biridir. Ümumiyyətlə, Zaqatala səhiyyəsində 1500-ə yaxın tibb işçisi çalışır. Rayonda Mərkəzi xəstəxana ilə yanaşı, poliklinika, ağ ciyər xəstəlikləri xəstəxanası, 21 həkim məntəqəsi, 16 tibb məntəqəsi fəaliyyət göstərir. Həmçinin MRX-nın Doğum evi və rayonun Əhmədabad, Danaçı, Suvagil kənd məntəqələrində yerləşən doğum evləri də rayon əhalisinin xidmətindədir.
MRX-da əsasən bacarıqlı və peşəkar tibb işçiləri çalışır. Onlardan biri də baş həkimin təşkilati işlər üzrə müavini vəzifəsində çalışan Rövşən Əhmədovdur.
Rövşən Əhmədov 1983-cü ildə Zaqatala rayonunda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 2006-cı ildə universiteti epidomoloq ixtisası üzrə uğurla başa vuraraq bir il Zaqatala rayon Gigiyena və Epidemologiya Mərkəzində interna keçib. Müxtəlif illərdə həmin epidemologiya mərkəzində direktor müavini vəzifəsində çalışıb. 2003-cü ildən isə hazırda çalışdığı vəzifəyə təyin olunub.
Xəstəxana hər zaman özünün keyfiyyətli tibbi xidməti ilə diqqəti cəlb edib. Burada müalicə olunan xəstələr tibbi xidmətlə yanaşı, işçi heyətin diqqət və qayğısından da ürəkaçıqlığı danışırlar. Burada xəstələr dava-dərmanla yanaşı, gündə üç dəfə isti yeməklə də təmin olunurlar. İmtiyazlı xəstələrə isə pulsuz dərmanlar verilir.
Mərkəzi xəstəxana 2009-cu ildə əsaslı təmir olunub. Burada hər il cari təmir işləri də aparılır. Xəstəxananın bütün lazımi tibbi avadanlıqlarla təchiz olunması pasientlərin daha keyfiyyətli müayinə və müalicəsində əhəmiyyətli rol oynayır. Onlayn rentgen qurgusunun olması daha təqdirəlayiqdir. Bu qurgu travmatoloji əməliyyatların daha keyfiyyətli aparılmasında əvəzolunmaz vasitədir.
Onu da qeyd edək ki, Şüa Diaqnostikanın müdiri rentgenoloq Etibar Məhərrəmovun işindən pasiyentlər razılıq edir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.02.2019 » Oxundu: 2108
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!