Gündüz Abışov Qazax RİH başçısının sənədlər və vətəndaşlara müraciətlərlə iş şöbəsinin müdiridir. 2004-cü ildən bu vəzifədə çalışır.
Gündüz müəllim 1976-ci ildə Qazax şəhərində anadan olub. Orta təhsilini Qazaxda alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 1998-ci ildən rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. Hazırda İcra Hakimiyyətində şöbə müdiridir.
Gündüz müəllim siyası baxışları ilə də maraq doğuran bir insandır. O, deyir: "Çağdaş tariximizin 34 ili ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusiya hüquqlarına sahib olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və milləttək mövcudluğuna qədər prosesi əhatələyir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol da, əslində, məhz dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.
Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarixi boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünüidarə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Hazırda Azərbaycanın dinamik inkişafı ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bizim hər birimizin borcu isə ölkə başçısının ətrafında sıx birləşmək və bütün siyasi məsələlərdə ona dəstək olmaqdır".

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 01.04.2019 » Oxundu: 2327
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!