Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərininin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynının bir hissəsi artıq hazırdır.

Bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

"Gələn ilin ortalarında həmin kəndlərin salınmasına başlanılacaq. Zəngilan şəhərində isə yaşayış məhəlləsinin təməlqoyması həyata keçirilib və tikintisi növbəti ilə planlaşdırılır", - o qeyd edib.

Daxil olundu: 21.11.2022 » Oxundu: 298
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!