Azərbaycanlı alimlər mükafata layiq görülüblər

Bakı Dövlət Universitetinin (BDU) alimləri – akademik Vasif Babazadə və yer elmləri doktoru Şəhla Abdullayeva, Gürcüstan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları S.Kekelia və M. Kekelia görkəmli alim Aleksandr Tvalçrelidze adına akademik mükafata layiq görülüblər.

BDU-dan bildirilir ki, mükafat azərbaycanlı və gürcüstanlı alimlərə monoqrafiyalarına görə Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə verilib.

Kriteri.az