“Anna Axmatova və Şərq” kitabı işıq üzü gördü

“Anna Axmatova və Şərq” kitabı işıq üzü gördü

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfovanın “Anna Axmatova və Şərq” adlı yeni kitabı “Mütərcim” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kitabın baş elmi məsləhətçisi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, elmi redaktoru Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyevdir. Monoqrafiyanın rəyçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və…

ƏTRAFLI

Vüqar Əhmədin yeni kitabı çapdan çıxdı…

Vüqar Əhmədin yeni kitabı çapdan çıxdı…

Nəğməkar şair, filologiya üzrə  elmlər  doktoru, professor Vüqar Əhməd və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçi Dilbər Rzayevanın birgə müəllifliyi ilə “Cənubi Azərbaycan şeiri antologiyası (XIX-XXI əsrlər)”  kitabı nəşr olunub. XIX və XXI əsrlərdə yaranan milli poeziyamız Azərbaycan ədəbiyyatı tarixində (yeni dövr) ideya-estetik nailiyyətləri ilə seçilən bir mərhələlərdir. Klassik irsin əbədiyaşar ənənələri zəminində inkişaf edən, eyni zamanda bədii-poetik məziyyətlərinə görə özünəməxsus bir hadisə olan, yeni, orijinal ədəbi forma və janrlarla zəngin XIX və XX…

ƏTRAFLI

POLEMİKAYA SÖZARDI, YAXUD ÖYÜNƏ BİLƏCƏYİMİZ ƏDƏBİYYAT

POLEMİKAYA SÖZARDI, YAXUD ÖYÜNƏ BİLƏCƏYİMİZ ƏDƏBİYYAT

ELNARƏ AKİMOVA filologiya üzrə fəlsəfə doktoru, dosent Elçinin son illərin ədəbi prosesi haqqında təsəvvürlərdən hasilə gələn “Söz azadlığı tənqidimizə nə verib?” silsilə məqalələri bəzi məqamlar haqda düşünməyə vadar edir. Bədii təcrübənin müxtəlif təmayüllərindən doğan və elmi-tənqidi düşüncənin mərkəzinə çəkilən bu köklü problemlərin hər biri haqqında ayrıca danışmaq da mümkündür. Ancaq Elçin üslubunun məziyyəti sayəsində prosesə münasibətdə həm əhatəlilik, həm də ciddi elmi-nəzəri qanunauyğunluqdan çıxış edildiyindən bəzi məqamlara fikir bildirməklə kifayətlənmək istəyirəm. Hərçənd bu məqamlar haqda…

ƏTRAFLI

Nizami Gəncəvinin yaradıcılığında bilinqvizm

Nizami Gəncəvinin yaradıcılığında bilinqvizm

Əzizağa Nəcəfzadə filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Nizami əsərlərindən, xüsusən də “İskəndərnamə” poemasından aydın olur ki, şair əcnəbi və bir sıra ölü dilləri bilmiş, o dillərdə yazılan əsərləri oxumuşdur. “Şərəfnamə”nin “Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi” adlı hissəsində belə yazılır: زیادت ز تاریخهای نوی یهودی ونصرانی وپهلوی گزیدم زهرنامه نغز او ز هر پوست پرداختم مغز او زبان در زبان گنج پرداختم از ان جمله سر جمله ساختم…

ƏTRAFLI

Professor Buludxan Xəlilovun “Zamanın sınağından keçənlər…” kitabı çapdan çıxıb

Professor Buludxan Xəlilovun “Zamanın sınağından keçənlər…”  kitabı çapdan çıxıb

Tanınmış alim, filologiya elmlər doktoru, professor Buludxan Xəlilovun “Zamanın sınağından keçənlər…” kitabı “Adiloğlu” nəşriyyatında çap olunaraq işıq üzü görmüşdür.Məlumat üçün qeyd edək ki, 251 səhifəlik kitabda 50 məqalə yer alıb. Yeni nəşrdə Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Mehdi Hüseyn və Qulu Xəlilovla bağlı əhvalatlar verilib. Bundan başqa, kitabda alimin Cəlil Məmmədquluzadə üslubundan yararlanan publisistik məqalələri, o cümlədən təhsilin inkişafı ilə bağlı təhlil materialları da öz əksini tapıb. Eyni zamanda kitabda “Gəmiqaya-Qobustan əlifbası”, özündə tarixi yaşadan qədim…

ƏTRAFLI

Məhəmmədhüseyn Şəhriyarın biblioqrafiyası işıq üzü gördü

Məhəmmədhüseyn Şəhriyarın biblioqrafiyası işıq üzü gördü

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mirzə İbrahimov adına Kitab Fondu İctimai Birliyi təşkilatçılığı ilə Çağdaş Güney Azərbaycan ədəbiyyatı nümunələrinin transliterasiyası, redaktəsi və nəşri” layihəsi çərçivəsində “Məhəmmədhüseyn Şəhriyar: Biblioqrafiq göstərici” adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimi 18 sentyabr 2017-ci ildə AMEA-nın Əsas binasında Elektron Akt Zalında təşkil edildi. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Məhəmmədhüseyn Şəhriyara…

ƏTRAFLI

Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü

Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü

 Sözə dəyər verən, onun dəyərini bir qədər artıran, ömrünü müqəddəs sözə həsr edənlər haqqında növbəti bir kitab qarşımızdadır. Professor Vüqar Əhmədin “Ədəbi elmi portretlər” kitabı. Müəllifin bu kitabına akademik İsa Həbibəyyli, ustad şair Məhəmmədhüseyn Şəhriyar, Hüseyn Cavid, Əliağa Vahid, Seyid Cəfər Pişəvəri, Hacı Mail, xatirəsi onun üçün əziz olan müəllimi Xeyrulla Məmmədov və başqaları haqqında yazdığı və son illərin müxtəlif mətbuat orqanlarında, toplu və məcmuələrdə çap olunan portret – oçerkləri toplanmışdır. Kitabdakı hər bir portret…

ƏTRAFLI

Ümidin bitdiyi yer

Ümidin bitdiyi yer

Aprel şəhidi Müşfiq Orucovun əziz xatirəsinə ithaf edirəm.   Bu gün sonuncu imtahan günü idi. Çöldə sakit, xoş hava vardı. Arada sərin meh əsirdi. Sanki, havada bir sevinc, bir coşqu vardı. Nərgiz də sevinirdi, lakin bu sevincin içərisində gizli bir kədər gizlənmişdi. Çünki, bir neçə gündən sonra Müşfiq hərbi xidmətə yola düşürdü. Ayrılıq, həsrət havası indidən onun qəlbini bürümüşdü. Onlar düz üç il bundan qabaq təsadüfən tanış olmuşdular. Nərgiz onda İqtisad Universitetinə təzəcə daxil olmuşdu….

ƏTRAFLI

“Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşri hazırlanacaq

“Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşri hazırlanacaq

Avqustun 3-də Bakıda “Nizami Gəncəvinin biblioqrafiyası. İzahlı məlumat kitabı” beynəlxalq nəşrinin hazırlanması ilə əlaqədar müşavirə keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil edilən müşavirədə nizamişünaslar biblioqrafianın tərtib prinsipləri, quruluşu və məzmunu ilə bağlı fikir mübadiləsi aparıblar. Muzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Nizaminin bənzərsiz yaradıcılığından danışan akademik onu dünya miqyasında tanınmış mütəfəkkir…

ƏTRAFLI