Masallı yolunun yenidən qurulması işləri yekunlaşır

Masallı yolunun yenidən qurulması işləri yekunlaşır

Masallı rayonunda ümumi uzunluğu 24,7 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə…

ƏTRAFLI

Ağdamsız keçən 25 il

Ağdamsız keçən 25 il

Ağdam uğrunda döyüşlərdə Azərbaycan 6 mindən çox şəhid verib.Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür. Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan…

ƏTRAFLI

İllərin təcrübəsi, zəhmətin bəhrəsi…

İllərin təcrübəsi, zəhmətin bəhrəsi…

İnsan ömrü təkcə yaşanmış illərin sayı ilə deyil, yaşadığı ömürdə vətəninə, xalqına verdiyi töhfələrlə yaddaşlarda iz buraxır. Belə insanlar harada olmalarından asılı olmayaraq, bu həyatda hər zaman bir amalları olur. O da doğma yurduna, el-obasına sədaqətlə xidmət etsin. Fərhəddin müəllim də məhz belə insanlardandır. O harada işləsə də hər zaman işinə məsuliyyətlə yanaşmışdır. Məlumat üçün qeyd edək ki, Fərhəddin Hüseynov 1952-ci ildə Lənkəran rayonunun Viyən kəndində dünyaya gəlmişdir. İlk orta təhsilini Gərmətük kənd orta məktəbində…

ƏTRAFLI

İlham Əliyevin Xızıya səfəri başladı

İlham Əliyevin Xızıya səfəri başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfərə gedib. Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib. Kriteri.az

ƏTRAFLI

İlham Əliyev Xaçmazda – FOTOLAR

İlham Əliyev Xaçmazda – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfərə gedib.  Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. ***11:12 Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət…

ƏTRAFLI

MƏKTƏBDƏ MÜƏLLİM TƏRƏFİNDƏN ZORLANDIĞI DEYİLƏN QADIN ÜZƏ ÇIXDI

MƏKTƏBDƏ MÜƏLLİM TƏRƏFİNDƏN ZORLANDIĞI DEYİLƏN QADIN ÜZƏ ÇIXDI

Cəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorlamaqda ittiham edilən müəllim işdən azad edilib. Bu barədə  məktəbin direktoru Aygün Məlikova məlumat verib. Onun sözlərinə görə zorlandığını iddia edən məktəb gözətçisi də tapılıb: “Qadın polisdə izahat verib və sərbəxt buraxılıb. Mən isə öz üzərimə düşəni etmişəm və onların heç biri bizim işçi deyil”. Qeyd edək ki, Muğan kənd orta məktəbinin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi…

ƏTRAFLI

Çaylarda suyun səviyəsi azalıb

Çaylarda suyun səviyəsi azalıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Tranzit çaylarda hazırki vəziyyət Aprelin 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 300 m3/s olmaqla ongünlük…

ƏTRAFLI

Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub

Göyçayda təbiətə dörd min manatdan artıq ziyan vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə ETSN-nin mətbuat xidmətindən məlumat verilib. Keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib. Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

ƏTRAFLI

Aran regionunda elektrik şəbəkələri yenidən qurulur

Aran regionunda elektrik şəbəkələri yenidən qurulur

“Azərişıq” ASC bütün regionlarında olduğu kimi Aran regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirir. ASC-dən  verilən məlumata görə, istismar müddətini başa vurmuş elektrik xətləri külək və digər təbii amillərə adekvat olmadığından açılmalar baş verir, fasilələr yaranır. “Odur ki, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin…

ƏTRAFLI

Astarada dişi bəbir tapıldı – dananı parçaladığı yerdə

Astarada dişi bəbir tapıldı – dananı parçaladığı yerdə

30 yanvar 2018-ci il tarixində Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisədən az sonra Milli Parkın yegerləri tərəfindən ərazidə yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub. Qeyd edək ki, hadisədən bir həftə öncə həmin bəbirin epizodları Hirkan Milli…

ƏTRAFLI
1 2 3 4