Robot tarakanlar aviamühərrikləri təmir edəcək

Robot tarakanlar aviamühərrikləri təmir edəcək

Böyük Britaniyanın “Rolls-Royce” şirkəti nasazlıqların aşkarlanması və aradan qaldırılması üçün aviamühərriklərin daxilinə quraşdırılacaq miniatür robot tarakanlar hazırlayıb. Kriteri.az xəbər verir ki, layihə Britaniyada “Farnborough” aviasalonunda təqdim edilib. Mühəndislərin sözlərinə görə, texnologiya mühərrikin vəziyyətinin monitorinqini sürətləndirməyə imkan verəcək, eləcə də, təmir məqsədilə onun hər dəfə çıxarılmasına ehtiyac qalmayacaq. Mütəxəssis Ceyms Kell bildirib ki, mühərrikin adi yoxlanışı üçün 5 saat tələb olunur, bu kiçik robotlarla isə 5 dəqiqə lazım gələcək. Şirkət nümayəndələrinin fikrincə, kiçik robot həşəratlar mühəndislərin…

ƏTRAFLI

Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı

Rusiya Ermənistanda genişmiqyaslı təlimlərə başladı

Rusiyanın Ermənistandakı hərbi bazasında üç mindən çox hərbçinin iştirakı ilə taktiki təlimlər başlayıb. İyulun 28-dək davam edəcək təlimlərə təxminən 500 texnika cəlb olunub. Hərbi bazadakı motoatıcı, tank, kəşfiyyat, artilleriya və mühəndis bölmələri təlimlərin keçirildiyi “Kəmhud” və “Alagöz” poliqolnlarına istiqamətlənib. Avtomobil və zirehli maşınların hərəkəti zamanı birləşmələr şərti düşmənin hava hücumundan müdafiəsi üzrə tapşırıqları yerinə yetirir. Havadan bölmələri “MiQ-29” təyyarələri, “Mi-24” və “Mi-8 MTŞ” helikopterləri müşayiət edir. Kriteri.az

ƏTRAFLI

Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralılar var

Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, ölən və yaralılar var

Gürcüstanda Qombori aşırımında mikroavtobus qəzaya uğrayıb. Verilən məlumata görə, nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 1-i yeniyetmə olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Mikrovatobusda Tbilisinin məktəblərindən birinin şagirdləri və onların valideynləri olub. Onlar Kaxeti bölgəsinə ekskursiyaya yollanıblar.  

ƏTRAFLI

Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri seçildi

Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri seçildi

Qazaxıstan parlamentinin senatı Təhlükəsizlik Şurası (TŞ) ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə hazırkı prezident Nursultan Nazarbayevin ömürlük TŞ-nın sədri seçilməsini nəzərdə tutur. RİA Novosti-nin xatırlatmasına görə, fevralda ədliyyə naziri Marat Beketayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, qanun layihəsi ölkədə keçirilən konstitusiya islahatlarından irəli gəlir və təhlükəsizliyin gücləndirilməsi üçün əsas faktordur. “Müəyyənləşdirilir ki, Qazaxıstan Respublikasının birinci prezidenti Təhlükəsizlik Şurasının ömürlük sədri olmaq gücündədir”, – Qazaxıstan parlamentindən bildirilib. Qanun layihəsi imzalanması üçün Qazaxıstan prezidentinə göndərilib. Kriteri.az

ƏTRAFLI

Makron Putinə zəng etdi

Makron Putinə zəng etdi

Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Telefon danışığı zamanı liderlər İranla nüvə razılaşması ilə bağlı məsələni müzakirə ediblər. Makron, həmçinin Putinə ABŞ səfəri ilə bağlı məlumat da verib. Kriteri.az

ƏTRAFLI

Döyüş gəmiləri göndərilir – Vəziyyət gərginləşir

Döyüş gəmiləri göndərilir – Vəziyyət gərginləşir

ABŞ “USS Harry Truman” aviadaşıyıcısını və 7 savaş gəmisini Aralıq dənizinə göndərir. Unikal.org “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər aprelin 11-də döyüş təyyarələri iləVirciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək. Məlumata görə, “USS Harry Truman” aviadaşıyıcısını “USS Normandy” kreyseri, “USS Arleigh Burke”, “USS Bulkeley”, “USS Forrest Sherman” və “USS Farragut” destroyerləri müşayiət edəcəklər. “USS Jason Dunham” ve “USS The Sullivans” destroyerləri isə gəmi karvanına…

ƏTRAFLI

Putin Türkiyəyə səfər edəcək

Putin Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin aprelin 3-4-də Türkiyəyə səfər edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək. Tərəflər energetika sahəsinə dair strateji layihələri, Suriya məsələsi də daxil olmaqla, regional və beynəlxalq problemləri müzakirə edəcək. Türkiyə paytaxtında Rusiya-Türkyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasının keçirilməsi planlaşdırılır: “İclasda ikitərəfli ticari-iqtisadi əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri, birgə strateji layihələrin, o cümlədən energetika layihələrinin icrası nəzərdən keçiriləcək. Görüşdə Suriya və terrorizm…

ƏTRAFLI

Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb

Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb

ABŞ prezidenti Donald Tramp demokratların Rusiyanın seçkilərə müdaxiləsinə dair hazırladıqları məxfi sənədin dərc edilməsini bloklayıb. APA-nın TASS agentlyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Makqen Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsini məlumatlandırıb. Qeyd edilib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədin dərc edilməsi məqsədəuyğun deyil. Bununla belə bildirilib ki, administrasiya sənədin yeni versiyasını nəzərdən keçirməyə hazırdır. “Ədliyyə nazirliyinin əməkdaşları sənədə yenidən baxılması üçün Komitə üzvlərinə texniki yardım göstərə bilərlər”, məktubda deyilir….

ƏTRAFLI

Ərdoğanla Putin telefonla danışdı – Afrin müzakirəsi

Ərdoğanla Putin telefonla danışdı – Afrin müzakirəsi

Türkiyə və Rusiya dövlət başçıları arasında telefon danışığı olub. Ərdoğan və Vladimir Putin arasında gerçəkləşən telefon danışığı zamanı əsasən Soçidə baş tutan Suriya Milli Dialoq Konqresi, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatı və İdlibdə yaranmış vəziyyət müzakirə olunub. Müzakirədə Putinlə Ərdoğan Suriya Milli Dialoq Konqresində yaşanan problemlərə rəğmən, Soçi toplantısındakə gərginliyə baxmayaraq,  əldə olunan nəticənin mühüm olduğuna diqqət çəkiblər. Kriteri.az

ƏTRAFLI
1 2