İsa Həbibbəyli: “Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək”

İsa Həbibbəyli: “Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək”

“Orfoqrafiya qaydalarına aid müzakirələr 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayının sonlarınadək davam etdirilib. Müzakirələrdə 300 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Müzakirələrdə iştirak edənlərin içərisində kənd müəllimindən jurnalistlərimizə, yazıçılara və elm adamlarına, sosial şəbəkələrin nümayəndələrinə qədər cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunub”. Bunu APA-ya AMAE-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli deyib. O bildirib ki, nəinki müstəqillik illərində, keçmiş sovet hakimiyyəti illərində də Orfoqrafiya qaydaları qədər geniş, ardıcıl və uzunmüddətli müzakirələr olmayıb:…

ƏTRAFLI

Azərbaycanlı alimlər mükafata layiq görülüblər

Azərbaycanlı alimlər mükafata layiq görülüblər

Bakı Dövlət Universitetinin (BDU) alimləri – akademik Vasif Babazadə və yer elmləri doktoru Şəhla Abdullayeva, Gürcüstan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları S.Kekelia və M. Kekelia görkəmli alim Aleksandr Tvalçrelidze adına akademik mükafata layiq görülüblər. BDU-dan bildirilir ki, mükafat azərbaycanlı və gürcüstanlı alimlərə monoqrafiyalarına görə Gürcüstan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə verilib. Kriteri.az

ƏTRAFLI

Qəbul imtahanında 31904 abituriyentin iştirakı nəzərdə tutulur

Qəbul imtahanında 31904 abituriyentin iştirakı nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. DİM-dən verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2585 nəzarətçi-müəllim cəlb olunacaq. Məlumat üçün bildirək ki, imtahanda 31904 abituriyentin iştirakı…

ƏTRAFLI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

İyulun 23-də riyaziyyat üzrə (Azərbaycan və rus bölmələri) müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanlarında 3 min 168 nəfər iştirak edib. Təhsil Nazirliyindən bildirilir ki, namizədlər arasında ən yüksək nəticə olaraq 60 bal qeydə alınıb. İyulun 24-də keçirilən riyaziyyat, informatika, təsviri incəsənət üzrə test imtahanlarında 3 min 344 namizədin iştirakı nəzərdə tutulur. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində aparılır. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə…

ƏTRAFLI

“Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub

“Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilib. Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur. Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur. Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb. Əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli…

ƏTRAFLI

Nazir şagirdə görə müəllimi işdən qovdu

Nazir şagirdə görə müəllimi işdən qovdu

Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb. Bu barədə uşağın valideyni Xanım Əliyeva öz “Facebook” səhifəsində məlumat yayıb. X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib. Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva “Facebook”da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.

ƏTRAFLI

Şərəfli olduğu qədər məsuliyyətli olan müəllimlik peşəsi

Şərəfli olduğu qədər məsuliyyətli olan müəllimlik peşəsi

Xudayar Sultanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktorudur. O, 2011-ci ilin may ayından bu vəzifəyə təyin olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif edilmişdir. Qısa arayış üçün deyək ki, Xudayar müəllim 1964-cü ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almışdır. Hələ məktəb illərindən elmə, təhsilə olan bağlılığı onu ali təhsil almağa və daha sonra təhsilini davam etdirərək alimlik dərəcəsi almağa sövq etmişdir….

ƏTRAFLI

Fənlər üzrə minimal bal tələbini ödəməyənlər də magistraturanın II mərhələsinə buraxılacaq

Fənlər üzrə minimal bal tələbini ödəməyənlər də magistraturanın II mərhələsinə buraxılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı  12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib. İclasda müsabiqə şərtləri də müzakirə olunub və bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin…

ƏTRAFLI

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb. Kriteri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” 14 iyun 2017-ci il tarixli qərarında əksini tapıb. Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə…

ƏTRAFLI

Gələn il yanvarın 1-dən elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Gələn il yanvarın 1-dən elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırılıb

Nazirlər Kabineti  “Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib. Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara…

ƏTRAFLI
1 2 3 4