Meşələri qıranlara qarşı reydlər başladı – SAXLANILANLAR VAR

Meşələri qıranlara qarşı reydlər başladı – SAXLANILANLAR VAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 4-10 dekabr tarixlərində reydlər davam etdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı Bakı şəhəri ərazisində İsmayıllı rayonu, Mican kənd sakini Sarvan Kərimova məxsus “Ford Dobl” markalı 10PN392 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi…

ƏTRAFLI

Zibilxanalara hansı dövlət orqanı nəzarət edir?

Zibilxanalara hansı dövlət orqanı nəzarət edir?

  Gördüyünüz şəkil Quba şəhərində bazara və Araz otelə yaxın yerləşən «Qarabağ 22» məhəlləsinin zibilxanasında çəkilib. Şəkildəki vəziyyətdən də görünür ki, məhəllədəki vəziyyət heç də ürəkaçan deyil. Zibilxanadakı tullantıların vaxtında təmizlənməməsi antisanitariya şəraitinin daha da genişlənməsinə səbəb olmuşdur. Sakinlər deyirlər ki, dözülməz natəmiz vəziyyətlə bağlı dəfələrlə aidiyyatı üzrə dövlət orqanlarına müraciət etsələr də, nədənsə onların şikayətinə heç baxan da yoxdur. Hətta bu işə əncam çəkilməsi üçün Quba Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tahir həkimə deyilsə…

ƏTRAFLI

Lənkəranda qəribə uşaq: Beş yaşlı Samirin 26 barmağı var

Lənkəranda qəribə uşaq: Beş yaşlı Samirin 26 barmağı var

Lənkəranın Aşağı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Yüsif Elnur oğlu Abbasovun 26 barmağı var. APA-nın cənub bürosunun verdiyi məlumata görə, yaxınları onun 20 deyil, 26 barmağının olmasının azyaşlı üçün çətinlik yaratmadığını deyirlər. Bildirilir ki, uşaq həmyaşıdlarından daha aktivdir, dəfələrlə həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmayıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkimi Rasif Axundov deyib ki, bu, irsidir: “Belə uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Cərrahiyyə yolu ilə artıq barmaqları kəsmək mümkündür”. Qeyd…

ƏTRAFLI