Gənc cüdoçularımız Avropa kuboku yarışlarında 9 medal qazanıblar

Gənc cüdoçularımız Avropa kuboku yarışlarında 9 medal qazanıblar

Çexiyanın paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku yarışlarına yekun vurulub. Mötəbər turnirin ikinci günündə millimiz aktivinə daha bir medal yazdırıb. Kriteri.az xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yalnız final qarşılaşmasında üstünlüyü əldən verərək Avropa kubokunun gümüş medalına sahib olub. Bununla da, cüdoçularımız yarışı 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vuraraq ümumi medal sayında ikinci olublar. Qeyd edək ki, 39 ölkədən 430 (280 oğlan, 150 qız) cüdoçunun…

ƏTRAFLI

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli oldu

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Püşkə əsasən, Ağdam təmsilçisi II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandasını mübarizədən kənarlaşdıracağı halda, BATE (Borisov, Belarus) – HİK (Helsinki, Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.   Çempionlar Liqası   III təsnifat mərhələsi Çempionlar yolu   Səpələnmişlər “Zaltsburq” (Avstriya) “Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi “Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi “Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya) cütünün qalibi “Astana” (Qazaxıstan) – “Mityulland”…

ƏTRAFLI

Güləş qaydaları dəyişdirilir

Güləş qaydaları dəyişdirilir

Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər 2 aprel 2018-ci il tarixdən etibarən qüvvəyə minəcək. Kriteri.az xəbər verir ki, dəyiçikliyə görə, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı video təkrara baxılmayacaq. Video təkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən (challenge) baxılacaq. (Maddə 21) Maddə 47. – Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəq. 30 san.) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər…

ƏTRAFLI

Şəhriyar Məmmədyarov iddiaçılar turnirində

Şəhriyar Məmmədyarov iddiaçılar turnirində

2018-ci ilin martın 10-dan 28-dək Berlində keçiriləcək şahmat üzrə iddiaçılar turnirinin bütün iştirakçılarının adı bəlli olub. Kriteri.az xəbər verir ki, Palma de Malorkada keçirilən FİDE Qran Prisinin sonuncu turundan sonra iddiaçılar turnirinin bütün iştirakçıları məlum olub. İddiaçılar turnirinə iki vəsiqəyə azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov, habelə rusiyalı Aleksandr Qrişuk və fransalı Maksim Vaşye Lyaqrav iddia edib. Teymur macarıstanlı Rixard Rapportla heç-heçə oynayaraq 4,5 xal qazanıb və ümumi nəticədə 62 xalla 3-9 yerləri bölüb….

ƏTRAFLI

Ağır atletikanın əfsanəsi Naim Suleymanoğlu dünyasını dəyişdi

Ağır atletikanın əfsanəsi Naim Suleymanoğlu dünyasını dəyişdi

Türkiyə mətbuatı xəbər verir ki, ağır atletikanın ən titullu  idmançısı, üçqat Olimpiya və 7 qat dünya çempionu 50 yaşında qəfil vəfat etdi. Xəstəxanada vəziyyəti anidən pisləşən və qara  ciyərində problemlər olan idmançının həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Bolqarıstanda doğulan və 1986-cı ildə Türkiyəyə qaçan Naim Şalamanov, sonradan soyadını dəyişmiş və Türkiyə bayrağı altında çıxış etməyə başlamışdı. Buna nail olmaq üçün Türkiyə ağır atletika fedetasiyası bolqar həmkarlarına 1 milyon dollar ödəməyə məcbur olmuşdu….

ƏTRAFLI

Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu oldu

Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu oldu

Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Hamburq İdman Sarayında təşkil edilən mundialın son günündə 10 çəki dərəcəsində final görüşləri baş tutub. Həlledici döyüşlərdə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov da rinqə çıxıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 91 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. M.Məcidov 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, bununla da 3-cü dəfə dünya çempionu tituluna…

ƏTRAFLI

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Məlumata görə, tədbir Monakoda təşkil olunub. Mərasimdə 48 komanda 12 qrupa bölünüb. Türkiyə təmsilçilərinin “Başakşəhər” və “Konyaspor”un da rəqibləri məlum olub. “Başakşəhər” “Braqa”, “Ludoqorets” və “Hoffenhaym”la birlikdə C, “Konyaspor” isə “Zalsburq”, “Marsel” və “Gimaraynş”la birgə İ qrupunda mübarizə aparacaq. Avropa Liqası Qrup mərhələsi A qrupu “Vilyarreal” (İspaniya) “Makkabi” (Təl-Əviv, İsrail) “Astana” (Qazaxıstan) “Slaviya” (Çexiya) B qrupu “Dinamo” (Ukrayna) “Yanq Boyz” (İsveçrə) “Partizan” (Serbiya) “Skenderbeu” (Albaniya) C qrupu “Braqa”…

ƏTRAFLI

Azərbaycan Ağırlıqqaldırmasının Turan Mirzəyev fenomeni

Azərbaycan Ağırlıqqaldırmasının Turan Mirzəyev fenomeni

Turan Mirzəyev 24 sentyabr 1979-cu ildə Azərbaycan Respubli­ka­sı  Lənkə­ran rayonunun Girdəni kəndində anadan olmuşdur. Hələ uşaq yaşlarında olarkən idmançı cüssəsi əmisi Gülağa Cəfərovun diqqətini çəkmiş 8 yaşlı balaca Turanı Lənkəran Ağır Atletika Məktəbinə gətirmişdi. Sonralar Lənkəran Ağır Atletika Məktəbinin parlaq simalarından olan, nəinki Lənkəranda, bütövlükdə ölkəmizdə ağırlıqqaldırma idman növünü hər zaman inkişaf etdirən Tofiq Heydərov bir idmançı kimi Turanı bəyənmiş, onu Bakıya yığma komandaya gətirərək təlim-məşqləri ilə şəxsən özü məşğul olmuşdur. İlk olaraq qeyd edək ki, Azərbaycan 2-ci dəfə…

ƏTRAFLI

Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək

Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək

Avqustun 18-də bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gimnastika Federasiyasından verilən məlumata görə, 24-cü dəfə keçiriləcək yarışa 25 idmançı qatılacaq. Gənclər və böyüklər üzrə yaş kateqoriyalarına ayrılacaq bu gimnastlar halqa, top, gürzlər və lentlə mübarizə aparacaqlar. Yarışa “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri qatılacaq. Həmçinin ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilər qarşısına çıxacaqlar. Qeyd edək ki, Milli…

ƏTRAFLI

Türkiyə Superkubokunun qalibi müəyyənləşib

Türkiyə Superkubokunun qalibi müəyyənləşib

Türkiyə Superkubokunun qalibi bəlli olub. Həlledici matçda çempion “Beşiktaş” ölkə kubokunun qalibi “Konyaspor”la qarşılaşıb. Samsunda baş tutan matç “Konyaspor” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.  Beləliklə, konyalılar tarixdə ilk dəfə Türkiyə Superkubokunun qalibi olublar. “Beşiktaş” – “Konyaspor” 1:2 Qollar: Tosun (77); Traore (33), Skubiç (90+1).

ƏTRAFLI