Professor Buludxan Xəlilovun “Zamanın sınağından keçənlər…” kitabı çapdan çıxıb

Tanınmış alim, filologiya elmlər doktoru, professor Buludxan Xəlilovun “Zamanın sınağından keçənlər…” kitabı “Adiloğlu” nəşriyyatında çap olunaraq işıq üzü görmüşdür.Məlumat üçün qeyd edək ki, 251 səhifəlik kitabda 50 məqalə yer alıb. Yeni nəşrdə Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Mehdi Hüseyn və Qulu Xəlilovla bağlı əhvalatlar verilib. Bundan başqa, kitabda alimin Cəlil Məmmədquluzadə üslubundan yararlanan publisistik məqalələri, o cümlədən təhsilin inkişafı ilə bağlı təhlil materialları da öz əksini tapıb. Eyni zamanda kitabda “Gəmiqaya-Qobustan əlifbası”, özündə tarixi yaşadan qədim daş kitabələrlə bağlı məqalələr və müxtəlif səpkili müəllif deyimləri də verilib. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Fikrət Rzayev, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosent Yeganə Ergin və dosent Cəlal Allahverdiyevdir.